Rauf yenə səhnəyə çıxdı, "Kukesi" qələbə qazandı

Rauf yenə səhnəyə çıxdı, "Kukesi" qələbə qazandı

Albaniya Super Liqasında VI turun oyunları davam edir.

 

Fanat.Az xəbər verir ki, millimizin hücumçusu Rauf Əliyevin komandası - "Kukesi” dünən "Teuta”nı qəbul edib.

 

Ötən tur sözügedən ölkənin çempionatında birinci qolunu vuran ön xətt oyunçusu yenə adını tabloya yazdırmağı bacarıb. Komandasının 4:2 hesabıyla qalib gəldiyi matçda Əliyev qapı torunu 90+4-cü dəqiqədə silkələyib.

 

Qeyd edək ki, 6 oyuna 13 xal toplayan "Kukesi” turnir cədvəlində 2-cidi. 

 

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər