Rauf Əliyevdən növbəti qol

Rauf Əliyevdən növbəti qol

Futbol üzrə I Divizionda 12-ci turun oyunları start götürüb.

Fanat.Az xəbər verir ki, iki günü əhatə edəcək turun ilk oyun günündə 4 görüş keçirilib.

"Zaqatala" və "Qarabağ-2" səfərdən 3 xalla dönübsə, "Turan Tovuz-2" evdə "Neftçi"nin əvəzediciləri, "Kəpəz-2" isə "İmişli" üzərində böyükhesablı qələbə qazanıb. Gəncəlilərin heyətində növbəti qolunu vuran Rauf Əliyev bombardir yarışında şərikli liderliyi ələ keçirib. Təcrübəli forvardın hesabında 9 qol var.

Qeyd edək ki, turun qalan oyunları sabah keçiriləcək.

I Divizion 12-ci tur 30 noyabr

“Zirə-2” – “Zaqatala” 1:2 Qollar: Xəqani Sadıxov, 79 - Rəhman Şabanov, Emin Quliyev, 81.  Hakimlər: Rövşən Rəcəbov, Elmin Süleymanov, Asif Abdullayev, Kamranbəy Rəhimov. Hakim-inspektor: Babək Quliyev. “ASK Arena”, 13:00.

“Kəpəz-2” – “İmişli” 3:0 Qollar: Rauf Əliyev, 21, Cavad Kərimov, 42, Əli Səmədov, 77  Hakimlər: Əkbər Əhmədov, Elman Kərimov, Zakir Şükürzadə, Tural İbrahimov. Hakim-inspektor: Feyzulla Feyzullayev. Gəncə şəhər stadionu (ehtiyat meydança), 14:00.

“Sumqayıt-2” – “Qarabağ-2” 0:2 Qollar: Elton Mikayılov, 75, Əşrəf Zeynallı, 86  Hakimlər: Əli Əliyev, Şirmamed Mamedov, Sevda Nuriyeva, Emin Əliyev. Hakim-inspektor: Gülağa Cabarov. Binə qəsəbə stadionu, 14:00.

“Turan Tovuz-2” – “Neftçi-2” 4:1 Qollar: İmeda Aşortiya, 10-pen. Piruzi Marakvelidze, 21, Nazim Həsənzadə, 71, İzzət Müştaqov, 83 - İbrahim Novruzov, 90+1. Hakimlər: Namiq Bəkirov, Səbuhi Soltanov, Ruslan Quliyev, Sərxan İsmayılov. Hakim-inspektor: Zöhrab Qədiyev. Tovuz şəhər stadionu, 14:00.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər