Rauf Cabbarov seçmə oyuna təyinat aldı

Rauf Cabbarov seçmə oyuna təyinat aldı

FİFA referisi Rauf Cabbarov UEFA-dan yeni təyinat alıb.

Fanat.Az xəbər verir ki, o, 21 yaşadək futbolçulardan ibarət İsveçrə və Cəbəllütarıq yığmaları arasında Avropa çempionatının seçmə mərhələ matçını idarə edəcək. Cabbarova yan xətt hakimləri Namik Hüseynov və Cavanşir Yusifov köməklik göstərəcəklər. Dördüncü hakim funksiyasını isə Rəşad Əhmədov yerinə yetirəcək.

Qeyd edək ki, görüş sentyabrın 3-də gerçəkləşəcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər