Ramin Quliyevin köhnə-yeni komandaları üz-üzə

Ramin Quliyevin köhnə-yeni komandaları üz-üzə
Yeni mövsümə hazırlıqları davam etdirən "Sabah” yoxlama oyununda qüvvəsini sınayacaq. 
Fanat.Az xəbər verir ki, paytaxt klubu "Qəbələ” ilə qarşılaşacaq. Ramin Quliyevin sabiq və hazırki komandaları arasındakı görüş avqustun 7-də saat 19:00-da "Bank Respublika Arena”da keçiriləcək. 
Qeyd edək ki, "Sabah” mövsümlərarası fasilə dövründə "Zirə” (0:0), "Keşlə” (1:2), Gürcüstan klublarından "Şukura” (1:0), "Samqurali” (0:1), "Telavi” (1:3) və "Saburtalo” (1:1) ilə yoxlama oyunları keçirib. "Qəbələ” isə "Zirə” (0:3 və 2:1) və "Səbail” (3:2) ilə gücünü sınayıb. 
Mirağa
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər