Türkiyə Kubokunda 3-cü təsnifat mərhələsinin püşkü atılıb. Fanat.Az xəbər verir ki, azərbaycanlı futbolçuların çıxış etdiyi klubların da rəqibləri müəyyənləşib.
Ramil Şeydayevin çıxış etdiyi "Trabzonspor" bu mərhələdə 3-cü liqa təmsilçisi "Çorum Bələdiyyəspor"la qarşılaşacaq. Millimizin üzvü Ufuk Budakla U-21 yığmamızda oynamış Umut Sönmezin forma geyindiyi "Kayserispor" 2-ci liqa klubu "Bucaspor"la üz-üzə gələcək.
Qeyd edək ki, İstanbul nəhənglərindən bu mərhələdə yalnız "Qalatasaray" mübarizə aparacaq. Kubokun son qalibi 3-cü liqada çıxış edən "Dersimspor"la qarşılaşacaq.
Onu da qeyd edək ki, bu mərhələnin oyunları 25-26-27 oktyabr tarixlərində baş tutacaq. Qaliblər bir oyunda müəyyənləşəcək.
Fanat.Az