Ramil Şeydayevlə Azər Əliyevin komandası yenildi

Ramil Şeydayevlə Azər Əliyevin komandası yenildi

Rusiya Premyer Liqasında 5-ci turun oyunları keçirilir.

 

 

Fanat.Az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Ramil Şeydayevin formasını geyindiyi "Krılya Sovetov” da növbəti matçına çıxıb.

 

 

Sözügedən kollektiv səfərdə "Yenisey”lə üz-üzə gəlib. İlk yarıda azlıqda qalan Samara təmsilçisi oyundan məğlubiyyətlə ayrılıb - 0:1. Ramil bu görüşün iştirakçısı olmayıb. Bu komandada çıxış edən digər azərbaycanlı futbolçu Azər Əliyev kimi, Şeydayev də sonadək ehtiyatda qalıb.

 

 

"Krılya Sovetov” 5 turdan sonra 4 xalla 16 iştirakçı arasında 15-ci pillədə qərarlaşıb.

 

 

Fanat.Az

 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər