Ramil Şeydayev üzr istədi: "Ağlamırdım..."

Ramil Şeydayev üzr istədi: "Ağlamırdım..."
Rusiyanın "Krılya Sovetov" klubunun və Azərbaycan millisinin hücumçusu Ramil Şeydayev Slovakiyaya böyükhesablı məğlubiyyətə görə azarkeşlərdən üzr istəyib.
Fanat.Az xəbər verir ki, futbolçu bunu öz "Facebook" səhifəsində yazıb.
R.Şeydayev oyundan sonra müsahibə zamanı ağlaması ilə bağlı məsələyə də aydınlıq gətirib:
"Dünənki zəif oyunumuza görə üzr istəyirəm. Siz daha yaxşısına layiqsiniz. Müsahibədə ağlamamışam, tərimi silirdim".
 
Ramil Şeydayev üzr istədi: "Ağlamırdım..."
Azərbaycan millisi iyunun 11-də AVRO-2020-nin seçmə mərhələsi çərçivəsində Bakıda Slovakiyaya 1:5 hesabı ilə məğlub olub. Matçda millinin yeganə qolunu Ramil Şeydayev vurub.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər