Ramil Şeydayev mövsümə məğlubiyyətlə başladı

Ramil Şeydayev mövsümə məğlubiyyətlə başladı

Slovakiya Fortuna Liqasında yeni mövsümə start verilib. Fanat.Az xəbər verir ki, milli komandamızın hücumçusu Ramil Şeydayevin komandası “Jilina” da ilk matçını keçirib.

 

Sözügedən komanda səfərdə “Nitra” ilə qarşılaşıb. Görüş meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

 

Matça ehtiyat oyunçular skamyasında başlayan Şeydayev ikinci hissənin başlaması ilə birlikdə meydana daxil olub.

 

Komandası hesabda geri olarkən oyuna girən Ramil heç nə ilə yadda qalmayıb. 

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər