Ramil Şeydayev meydana çıxandan bir dəqiqə sonra qol qol vurdu

Ramil Şeydayev meydana çıxandan bir dəqiqə sonra qol qol vurdu
Rusiya Premyer Liqasında XIX turun oyunları keçirilir.
Fanat.Az xəbər verir ki, Azərbaycan millisinin üzvü Ramil Şeydayevin çıxış etdiyi "Krılya Sovetov" evdə "Yenisey"lə üz-üzə gəlib. Qarşılaşma meydan sahiblərinin 4:0 hesablı qələbəsi ilə yekunlaşıb. 
Matça ehtiyat oyunçular skamyasında başlayan Şeydayev 80-ci dəqiqədə Sergey Kornilenkonun yerinə oyuna daxil olub. 23 yaşlı hücumçu 81-ci dəqiqədə komandasının 4-cü qoluna imza atıb.  
Bu nəticədən sonra "Krılya Sovetov" turnir cədvəlində 21 xalla 13-cü pillədə qərarlaşıb. "Yenisey" isə 11 xalla sonuncu - 16-cı yerdədir.
Qeyd edək ki, Ramil Şeydayev ötən turda "Lokomotiv"lə görüşdə komandasını məğlubiyyətdən xilas edən qola imza atıb. 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər