Ramil Şeydayev əvəzedici komandada oynayacaq

Ramil Şeydayev əvəzedici komandada oynayacaq
"Sabah”ın əvəzedici komandası bu gün Birinci Divizionun 16-cı turu çərçivəsində "Qaradağ Lökbatan”la qarşılaşacaq.
 
Fanat.Az xəbər verir ki, Azərbaycan millisinin və "Sabah”ın əsas komandasının hücumçusu Ramil Şeydayev də sözügedən qarşılaşmada iştirak edəcək.
 
Millimizin də formasını geyinən futbolçu "Qaradağ Lökbatan”la matçın start heyətində yer alıb.
 
Qeyd edək ki, "Sabah-2” - "Qaradağ Lökbatan” oyununa saat 15:00-da start veriləcək.
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər