Rafael Ağayev: "Həyat yoldaşımla qohumların məsləhəti ilə tanış olmuşuq"

Rafael Ağayev: "Həyat yoldaşımla qohumların məsləhəti ilə tanış olmuşuq"

“Həyat yoldaşımla qohumların məsləhəti ilə tanış olmuşuq. Bir-birimizi istədik və ailə qurduq. İndiyənə kimi də xoşbəxtəm”.

Bu sözləri dünya çempionu Rafael Ağayev “100-dən 1-i” verilişində deyib. 

Karateçi qazancından söz açıb: “Elə zamanlar olub ki, evimizdə bir çörək tapmamışıq bölüb yeyək. Kasıb ailədə böyümüşəm. İndi qazanıram, ailəliyəm. Gələcəkdə balalarım üçün gün ağlamağa çalışıram. 7 yaşımdan idmandayam, ilk maaşım 100 dollar olub. Heç vaxt böyük məbləğdə pul xərcləmirəm. Özümə lazım olan qədər götürür, qalanını valideynlərimə verirəm. İnsan gərək keçmişini unutmasın”.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər