Qvardiolanın komandası bu mövsüm bunu ilk dəfə bacardı

Qvardiolanın komandası bu mövsüm bunu ilk dəfə bacardı

İngiltərə Premyer Liqanın 31-ci turunda doğma meydanda "Aston Villa" ilə qarşılaşan "Mançester Siti" böyükhesablı (4:1) qələbə qazanıb.

Fanat.Az xəbər verir ki, bununla da "şəhərlilər" bu mövsüm üçün ilk reallaşdırıblar.

Belə ki, bu, Xosep Qvardiolanın yetirmələrinin bu mövsüm İngiltərə çempionatında turnir cədvəlinin ilk "5-liy"ində olan komanda üzərində ilk qələbəsi olub.

“Mançester Siti” 8-ci turda “Arsenal”la (0:1), 13-cü turda “Liverpul”la (1:1), 14-cü turda “Tottenhem”lə (3:3), 15-ci turda “Aston Villa”yla (0:1) görüşlərdə qalib gələ bilməmişdi. "Şəhərlilər" ikinci dövrədə, 28-ci turda "Liverpul"la (1:1), 30-cu turda isə "Arsenal"la (0:0) xalları bölüşdürüb.

Xosep Qvardiolanın komandası hazırda 67 xalla Premyer Liqanın turnir cədvəlində 3-cü pillədə qərarlaşıb. “Arsenal” 68 xalla liderdir. "Liverpul"un da 67 xalı var və ikinci yerdədir. Mersisaydlılar bu gün "Şeffild Yunayted"lə qarşılaşacaq.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər