Qvardiola yenə trebl etmək istəyir? - "İki-üç həftə qalmış..."

Qvardiola yenə trebl etmək istəyir? - "İki-üç həftə qalmış..."

"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola "Nyukasl"la İngiltərə Kubokunun 1/4 final matçından əvvəl ardıcıl ikinci dəfə trebl etmək haqda düşünmədiyini deyib.

Fanat.Az xəbər verir ki, "şəhərlilər” ötən mövsüm ispaniyalının rəhbərliyi altında Çempionlar Liqası, Premyer Liqa və İngiltərə Kubokunun qalibi olub.

BBC Qvardiolanın növbəti trebl istəyi haqda fikirlərini belə çatdırıb: “Mövsümün bitməsinə iki və ya üç həftə qalmış bu barədə düşünəcəm, indi yox. Hələlik məni yalnız 1/4 final maraqlandırır”. 

"Mançester Siti" - "Nyukasl" matçı bu gün, martın 16-da Bakı vaxtı ilə saat 21:30-da başlayacaq.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər