Qvardiola De Bröynenin mümkün gedişindən danışdı: "Məndə olan məlumata görə..."

Qvardiola De Bröynenin mümkün gedişindən danışdı: "Məndə olan məlumata görə..."

"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola belçikalı yarımmüdafiəçisi Kevin De Bröynenin klubda qalma ehtimalını dəyərləndirib.

Fanat.Az xəbər verir ki, "City Xtra" ispaniyalı mütəxəssisin dediklərini belə çatdırıb: 

“O, komandamızın ən təcrübəli oyunçularından biridir, çoxdandır buradadır. Kevin məndən də əvvəl bura gəlib. O, gələcəyi ilə bağlı qərar vermək hüququnu özündə saxlayır. Ancaq hazırda məndə olan məlumata görə, o, qalır”. 

Xatırladaq ki, bundan əvvəl Kevin De Bröynenin Səudiyyə Ərəbistanının “Əl-İttihad” klubuna keçməyə razı olduğu bildirilirdi. 

Belçikalı yarımmüdafiəçi 2015-ci ildən "Mançester Siti"də çıxış edir. Bu müddət ərzində o, bütün turnirlərdə 382 matçda iştirak edib, 102 qol vurub, 170 məhsuldar ötürmə edib.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər