Nicat Qurbanovun çıxış etdiyi "Samtrediya klubu ”Gürcüstan çempionatında 11-ci turun oyununa çıxıb.
Fanat.Az xəbər verir ki, həmyerlimizin komandası "Torpedo” ilə qarşılaşmadan 1:2 hesablı məğlubiyyətlə ayrılıb.
90 dəqiqə meydanda mübarizə aparan Qurbanov komandasının yeganə qolunun müəllifi olub. Onun 64-cü dəqiqədə vurduğu penalti dəqiq olub. Bununla da o, bu mövsüm vurduğu qolların sayını 4-ə çatdırıb.
Qeyd edək ki, 11 turdan sonra hesabında 9 xal olan "Samtrediya” 10 komanda arasında 8-ci pillədə qərarlaşıb.
Fanat.Az