Qurbanovun komandası məğlub oldu

Qurbanovun komandası məğlub oldu

Millimizin sabiq hücumçusu Ruslan Qurbanovun çıxış etdiyi “Slaviya” (Mozır) Belarus çempionatında növbəti matçını keçirib. 

Fanat.Az xəbər verir ki, komanda Belarus çempionatının 25-ci turu çərçivəsində səfərdə “Qomel”lə qarşılaşıb və 0:3 hesabı ilə məğlub olub. 

Qurbanov oyuna 53-cü dəqiqədə daxil olub. O,  90+3-cü dəqiqədə sarı vərəqə alıb.

Qeyd edək ki, 21 xalı olan “Slaviya” hazırda 16 komanda arasında 14-cü pillədə qərarlaşıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər