Qurbanovla Qriqorçuk ən yaxşılar arasında

Qurbanovla Qriqorçuk ən yaxşılar arasında

Dünyanın ən yaxşı baş məşqçilərinin növbəti reytinq siyahısı açıqlanıb. Fanat.az xəbər verir ki, “World Coach Ranking”in açıqladığı siyahıda Azərbaycandan iki məşqçi yer alıb.

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov 1 pillə irəliləyərək 490-cı yerə yüksəlib. Onun aktivində 1238 xal var.

"Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk isə mövqeyini qoruyub. Aktivində 937 xal olan ukraynalı mütəxəssis 606-cı pillədə qərarlaşıb.

Qeyd edək ki, siyahıya “Barselona”nın çalışdırıcısı Luis Enrike başçılıq edir - 18896 xal. Aktivində 13198 xalı olan “Sevilya”da Unay Emeri ikinci pillədə qərarlaşıb. İlk "üçlüy"ü "Bavariya"dan Xosep Qvardiola qapayır - 13021 xal.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər