Qurbanov gerilədi, Bordin irəlilədi

Qurbanov gerilədi, Bordin irəlilədi
Dünyanın ən yaxşı baş məşqçilərinin yeni reytinqi açıqlanıb. 
Fanat.Az xəbər verir ki, siyahıda Azərbaycandan iki mütəxəssis yer alıb.
"Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov 1073 xalla 458-ci yerdə qərarlaşıb. 46 yaşlı mütəxəssis son siyahı ilə müqayisədə 3 addım geriləyib.
"Neftçi”nin baş məşqçisi Roberto Bordin 961-ci pillədədi. Hesabında 123 xal olan italiyalı mütəxəssis 4 addım irəliləyib.
Qeyd edək ki, cədvələ "Barselona”nın baş məşqçisi Ernesto Valverde başçılıq edir – 15 min 131 xal.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər