Qurban Qurbanovun milliyə çağıracağı futboçu zədələndi

Qurban Qurbanovun milliyə çağıracağı futboçu zədələndi
"Samsunspor”da çıxış edən Ufuk Budak zədələnib. Fanat.Az xəbər verir ki, PTT 1-ci liqanın son turunda qasıq nahiyyəsindən xəsarət alan müdafiəçinin bir müddət yaşıl meydanlardan kənarda qalacağı söylənilir. 
Ancaq onun nə vaxt sıraya qayıdacağı açıqlanmayıb. Yenidən millimizə dəvət ediləcəyi gözlənilən Budakın zədəyə görə komandamızın qarşıdakı toplanışından kənarda qalacağı istisna olunmur.
Qeyd edək ki, yığmamız martın 23-də Bakıda Belarus, 27-də isə Antalyada Makedoniya ilə yoldaşlıq oyunu keçirəcək.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər