Qurban Qurbanovla danışıqlar aparan və yox cavabı alan Türkiyənin "Hatayspor" klubunun yeni baş məşqçisi müəyyənləşib.
Fanat.Az "Fanatik"ə istinadən xəbər verir ki, Super Liqaya vəsiqə qazanan komandanın sükanı arxasına İqor Tüdor keçəcək. Məlumata görə, rəhbərlik tezliklə Mehmet Altıparmakla yollarını ayıracaq və xorvat mütəxəssislə müqavilə imzalayacaq.
Qeyd edək ki, İqor Tüdor karyerası ərzində Xorvatiyanın "Hayduk", Yunanıstanın PAOK, Türkiyənin "Qalatasaray", "Karabükspor" və İtaliyanın "Udineze" klublarını çalışdırıb.
Fanat.Az