Qurban Qurbanov:"Hələ tam hazır deyilik"

Qurban Qurbanov:"Hələ tam hazır deyilik"

“Hər iki oyundan razı qaldım. Futbolçular son ana qədər vuruşdular, mübarizə apardılar”. Fanat.Az xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

 

Antalyadakı  son iki sınaq oyununu eyni gündə - ynavarın 22-də keçirən ağdamlılar “Atırau” və “Termalika” ilə üz-üzə gəlib. Qazaxıstan klubuna uduzan (0:1), Polşa klubunu isə yenən (3:2) kollektivin çalışdırıcısı son matçın ardından fikirlərini bölüşüb:

“Ümumiyyətlə, təlim-məşq toplanışından razı qaldım. Hər bir futbolçu öz işinə ciddi yanaşdı, yaxşı hazırlaşdıq. Hələ tam olaraq hazır deyilik, bir neçə tur sonra komanda tam hazır olacaq. Çalışdıq ki, bu toplanışı maksimum dəyərləndirək".

 

Fanat.Az

 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər