Qurban Qurbanovdan Şahruddinlə bağlı açıqlama - VİDEO

Qurban Qurbanovdan Şahruddinlə bağlı açıqlama - VİDEO

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Çexiyada "Viktoriya" (Plzen) komandasına 1:2 hesabı ilə uduzduqları UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunundan sonra mətbuat konfransında çıxış edib. 

Fanat.Az xəbər verir ki, 50 yaşlı mütəxəssis irəliyə baxmaq lazım olduğunu bildirib: 

"Futbolçularımı təbrik edirəm. Bundan sonra irəliyə baxmaq lazımdır. Bütün oyunlara hazır olmalıyıq. Abdullah Zubirlə Şahruddin Məhəmmədəliyevin bura çatmağımızda böyük zəhməti var. Hər ikisindən razıyam. Sadəcə, futbol səhvlər üzərində qurulub. Vaxt olub ki, hamı Şahruddinin adını qışqırıb. Üslubuma tam uyğun qapıçıdır. Gənc qolkiperlərimiz də var. Onları hazırlayırıq. Məğlubiyyəti kiminsə üstünə atmaq istəmirik".

Qurbanov ikinci hissədə zədələnən Riçard Almeydanın durumuna da toxunub: "Topuğu burxulub. Bir az şiş və ağrı var. Ona görə davam edə bilmədi. Çox yaxşı oyun göstərdi. Bəlkə onun meydanı tərk etməsinin də məğlubiyyətdə rolu oldu. Amma digər futbolçular da pis oynamadılar".

Baş məşqçi yeni transferlər etmək istədiklərini söyləyib: "Danışıq apardığımız oyunçular var. Hələ heç biri ilə anlaşmamışıq. Amma qarşıdakı günlərdə ola bilər. Onların arasında qapıçı yoxdur".

Qeyd edək ki, "Qarabağ" mübarizəni UEFA Avropa Liqasının qrup mərhələsində davam etdirəcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər