Qurban Qurbanova yeni vəzifə verilir - RƏSMİ

Qurban Qurbanova yeni vəzifə verilir - RƏSMİ

Mart ayının 11-də AFFA-nın İcraiyyə Komitəsinə növbəti seçkilər həyata keçiriləcək. Fanat.az xəbər verir ki, "Qarabağ" artıq öz namizədini müəyyənləşdirib. 

Klub Azərbaycan futboluna həm futbolçu, həm də baş məşqçi kimi ö tövhəsini vermiş komandanın baş məşqçisi Qurban Qurbanovun İcraiyyə Komitəsinə namizədliyini irəli sürüb.

Qeyd edək ki, İcraiyyə Komitəsinə Qurban Qurbanovdan başqa daha 4 namizəd müəyyənləşib: İsgəndər Cavadov (Şimal Regional Futbol Federasiyası), Kazbek Tuayev (Bakı Futbol Federasiyası), Rauf Əliyev (AZAL), Vaqif Sadıqov (“Sumqayıt”)

Martın 1-də həm də AFFA prezidentliyinə seçkilər keçiriləcək. Hələlik bu posta bir namizəd var. Belə ki, hazırkı prezident Rövnəq Abdullayev namizədliyini irəli sürüb.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər