Qurban Qurbanov: "Yeni hücumçu da ola bilər, yarımmüdafiəçi də..."

Qurban Qurbanov: "Yeni hücumçu da ola bilər, yarımmüdafiəçi də..."

"Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov "Neftçi" ilə Premyer Liqanın 15-ci turunda çıxacaqları "Neftçi” ilə oyun ərəfəsində brifinq keçirib.

Fanat.Az həmin müsahibəni təqdim edir:

- Türkiyənin Antalya bölgəsindəki təlim-məşq toplanışından nə dərəcədə razı qaldız? - Düzdür, yoxlama matçlarımız yağışlı havada keçdi, hətta bir matçımız təxirə düşdü. Lakin bacardığımız qədər proqramdan kənara çıxmamağa çalışdıq. Əlbəttə, istərdik daha yaxşı hava şəraiti olsun. Lakin hazırlıqdan razı qaldım. Belə hava futbolçuların möhkəmlənmələri üçün yaxşıdır. Buna problem kimi baxmıram.

- Qarşıdan "Neftçi" ilə oyun gəlir. Futbolçularınızla söhbətdə bu matçın derbi olduğunu vurğulayırsız, yoxsa görüşə sıradan bir oyun kimi yanaşırsız? - Matça ciddi yanaşırıq. Buna derbi deməyə bilmərik, həqiqətən derbidi. "Neftçi" bu mövsüm çempionluğa çox istəklidi. Amma futbolçuların üzərinə bir o qədər də getmirik. Oyunçular da diqqətli olmalıdı.

- Start heyətini müəyyənləşdirmisiniz? - Tam olmasa da, müəyyənləşdirmişik. Təxminən 90 faiz bəllidir. Oyunun "Azərsun Arena"da yox, burada keçirilməsi problem deyil.

- Dario Frederiko "Neftçi"dən ayrıldı. Bu sizin planlarınıza təsir etdimi və sizin üçün sevindirici xəbər sayıla bilər? - Çox istərdim ki, yaxşı oyunçular bizim çempionatda qalsın. Lakin Dario Federikonu əvəzləyə biləcək oyunçular var. Məsələn, Namiq Ələsgərov və ya Platellas onu əvəzləməyə qadirdi. Darionun gedişinin bizim planlarımıza təsiri yoxdu. Bir-iki futbolçunun oynamaması "Neftçi"yə də təsir etməz.

- Riçard Almeyda komandaya qayıdıb. Onun yoxluğu gedəndən sonra hiss olunurdu. Qışdan sonra əvvəlki "Qarabağ"ı görə biləcəyik? - Hər zaman heyətimizin yaxşı olmasını istəyirik. O qədər də zəifləməmişdik ki, Almeydanın dönüşündən sonra güclənək. Əlbəttə, belə bir futbolçunun qayıtması kollektivə müsbət təsir edir. Riçard üçün darıxanlar onu səbirsizliklə gözəyirdilər. İstədiyimiz oyunu qurmaqda onun bacarığı və təcrübəsi daha çox idi. Ancaq bir futbolçu ilə komanda nə güclənir, nə də zəifləyir.

- Transfer çalışmalarınızı yekunlaşdırmısız? - Transferlərlə bağlı danışıqlarımız davam edir. Yeni hücumçu da ola bilər, yarımmüdafiəçi də.

- Con Delarj əvəzedici komandadadır. Onun hazırkı durumu nə yerdədir və gələcəyi necə olacaq?

- Delarjla bağlı bizə müraciət daxil olmayıb. Hələ əvəzedici komandada qalacaq.

 

 

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər