Qurban Qurbanov: "Qrupa düşmək üçün daha çox çalışacağıq"

Qurban Qurbanov: "Qrupa düşmək üçün daha çox çalışacağıq"
Ölkəmizi Çempionlar Liqasında təmsil edən "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov xarici mətbuata açıqlama verib. 
Fanat.Az xəbər verir ki. mütəxəssis Rusiyanın "Çempionat" saytına danışıb. 
"Əlbəttə, nəticələr yaxşıdı. Bakıya 3 ən güclü klub gəldi. Bizim üçün çətin idi. Hər üç rəqibimiz Çempionlar Liqasının finalı üçün mübarizə aparır. Biz yaxşı oyun göstərmək üçün mübarizə apardıq. Oyunçularımın meydanda sərgilədikləri oyundan razıyam. Bu oyunlarda həm futbolçular, həm məşqçilər təcrübə topladıq.
 
Çempionatımız  güclüdür. Bildiyimə görə, Çempionlar Liqasının formatı dəyişəcək. Qrupa düşmək çətin olacaq. Çempionatda birinci yeri tutsaq, yenidən qrupa düşmək üçün daha çox çalışacağıq".
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər