Qurban Qurbanov mükafatlandırıldı - FOTOLAR

Qurban Qurbanov mükafatlandırıldı - FOTOLAR

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun 2021-ci ilin ən yaxşı məşqçisi seçilməsinə görə mükafatlandırma mərasimi baş tutub.

Fanat.Az xəbər verir ki, 11-ci dəfə ilin ən yaxşı baş məşqçisi seçilən Qurbanova mükafatı təqdim olunub.

Komanda.az saytının jurnalistlər arasında keçirdiyi ənənəvi sorğuda “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov qalib olub. 67 jurnalistin qatıldığı sorğuda Qurbanov digər namizədləri böyük fərqlə geridə qoyaraq, 2021-ci ilin ən yaxşı məşqçisi seçilib. O, 58 səs toplamaqla birinci olub. Bununla da, Qurbanov 11-ci dəfə Azərbaycanda ilin ən yaxşı məşqçisi seçilib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər