Qurban Qurbanov: "Matçın təxirə salınmasını mən istədim"

Qurban Qurbanov: "Matçın təxirə salınmasını mən istədim"

Misli Premyer Liqasının II turunda "Qarabağ" rəqib meydanında "Sumqayıt"ı 2:0 hesabı ilə məğlub edib. 

Fanat.Az xəbər verir ki, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov matçdan sonra keçirilən mətbuat konfransında qələbəni şərh edib: 

"Futbolçularımı təbrik edirəm. İntizamlı və əks-hücumlarda təhlükəli olan komandaya qarşı oynadıq. Səbirli olmaq önəmli idi. Vacib 3 xal qazandıq. Qələbəyə layiq idik. Rəqibə uğurlar arzu edirəm".

50 yaşlı mütəxəssis bu qarşılaşmanın Çexiyanın "Viktoriya" (Plzen) komandası ilə UEFA Çempionlar Liqasının pley-off görüşləri üçün faydalı olacağını söyləyib: "Plzen təmsilçisinin oyununa baxmışam. Bizə qarşı daha çox sürpriz edə bilərlər. Hələ vaxtımız olacaq. Onları yaxından təhlil edəcəyik".

Qurbanov III turda "Turan Tovuz"la görüşün təxirə salınmasına münasibət bildirib: "Görüşün təxirə salınmasını mən istədim. Matçlar arasında 6 gün fərq var idi. Son zamanlarda sıx qrafikdəyik. Futbolçular çox yüklənir. Səfərə gedəcəyik, buna görə istədik ki, oyunçular bir yerdə heç olmasa 3 gün hazırlaşa bilsinlər. Qarşılaşmanın təxirə salınmasının faydası olacağını düşünürəm".

Təcrübəli baş məşqçi oyunun VAR sisteminə görə çox dayandığını sözlərinə əlavə edib: "Əsas vaxta baxsaq, bəlkə də elə 90 dəqiqə oynamışıq. Hakimlərimiz VAR-a yeni öyrəşir. Qərarlarda bir az gecikirlər. Zamanla bunlar düzələcək, daha tez qərar veriləcək".

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər