Qurban Qurbanov 2022-ci ilin ən yaxşı məşqçisi seçildi

Qurban Qurbanov 2022-ci ilin ən yaxşı məşqçisi seçildi

Azərbaycanda 2022-ci ilin ən yaxşı futbol məşqçisinin adına aydınlıq gəlib.

Fanat.Az xəbər verir ki, Komanda.az saytının jurnalistlər arasında keçirdiyi ənənəvi sorğuda “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov digər namizədləri böyük fərqlə qabaqlayaraq, birinci olub.

67 jurnalistin qatıldığı sorğuda 54 səs toplamaqla, Qurbanov 2022-ci ilin ən yaxşı məşqçisi seçilib. Bununla da, o, 12-ci dəfə Azərbaycanda ilin ən yaxşı məşqçisi adını qazanıb.

Sorğuda iştirak edənlərdən 7-si “Sabah” klubunun baş məşqçisi Murad Musayevə, 5-i Azərbaycan milli komandasının çalışdırıcısı Canni De Byaziyə, 1 nəfər isə “Zirə”nin baş məşqçisi Rəşad Sadıqova səs verib. Ötən mövsümün sonunda “Neftçi”yə Azərbaycan Premyer Liqasının gümüş medallarını qazandıran, hazırda “Sumqayıt”ın “sükanı arxasında” olan Samir Abasova səs verən olmayıb.

“Qarabağ” ötən mövsümdə Qurban Qurbanovun rəhbərliyi altında Azərbaycan Premyer Liqasında çempionluğu bayram edib, ölkə kubokuna sahib çıxıb. Ağdam təmsilçisi cari mövsümdə də Premyer Liqada lider mövqeyində qərarlaşıb. Bundan başqa, komanda Qurbanovun rəhbərliyi altında UEFA Çempionlar Liqasının pley-off mərhələsinə kimi irəliləyib, Avropa Liqasının qrup mərhələsində mübarizə aparıb. “Köhlən atlar” Konfrans Liqasının pley-off mərhələsində mübarizəsini davam etdirəcək.

İlin ən yaxşı məşqçisinin mükafatlandırma mərasimi dekabrın 16-da keçiriləcək. Tədbir saat 18:00-da başlayacaq.

Kim kimə səs verib?

İdman mediası Kənan Həsənov (“Futbol+”) – Qurban Qurbanov Saleh Arslan (“Korner.az”) – Qurban Qurbanov Aydın Bağırov (“Qol.az”) – Qurban Qurbanov Kamran Hacı (“Allsport.az”) – Canni De Byazi Əli Sahib (“Fanat.az”) – Qurban Qurbanov Ceyhun Əliyev (“Sport24.az”) – Qurban Qurbanov Kənan Məstəliyev (“Rekord.az”) – Qurban Qurbanov Səxavət Qurbanov (“İdmanxeber.az”) – Qurban Qurbanov Elçin Cəlilov (“Futbolpress.az”) – Qurban Qurbanov Rüfət Nadirli (“Sportarena.az”) – Qurban Qurbanov Mirələm Həsənli (“Sportlife.az”) – Qurban Qurbanov Elşən Məmmədov (“Sportnet.az”) – Qurban Qurbanov Vüsal Mahmudov (“Futbolinfo.az”) – Qurban Qurbanov Daşqın Əziz (“Offsideplus.az”) – Qurban Qurbanov İxtiyar Əsgərov (“Matc.az”) – Qurban Qurbanov Mərdan Həsənov (“Newsport.az”) – Qurban Qurbanov Araz Əhmədov (“Sportfm.az”) – Murad Musayev Vüqar Xeyrullayev (“Apasport.az”) – Qurban Qurbanov Natiq Muxtarlı (“Aut.az”) – Qurban Qurbanov Vüsal Məmmədzadə (“Sportline.az”) – Qurban Qurbanov Ruslan Mikayıllı (“Azerisport.com”) – Qurban Qurbanov İbrahim Cəfərov (“Futbolxeber.az”) – Qurban Qurbanov İlkin Vaqifoğlu (“Sportinfo.az”) – Rəşad Sadıqov Mirbağırağa Cəfərli (“Sportal.az”) – Qurban Qurbanov Əli Həyati (“Futbolmedia.az”) – Qurban Qurbanov Ürfan Məmmədli (“Cempion.az”) – Qurban Qurbanov Anar Cəfərsoy (“Supersport.az”) – Qurban Qurbanov Elvin Əhəd (“Mediasport.az”) – Qurban Qurbanov Anar Şabanoğlu (“Sports.az”) – Qurban Qurbanov İlkin Vidadioğlu (“Sportmedia.az”) – Qurban Qurbanov

Komanda.az Rəşad Ergün – Qurban Qurbanov Pərviz Eltürk – Qurban Qurbanov Rövşən Əlisoy – Murad Musayev Vüsal Qəmbərov – Murad Musayev

Televiziya – Radio Şəmsəddin Abbasov (“CBC Sport”) – Qurban Qurbanov Gəray Qiyasov (“Real” TV) – Canni De Byazi Azər İsmayıl (ARB TV) – Qurban Qurbanov Qulam Səfərli (“Xəzər” TV) – Murad Musayev Sənan Şəfizadə (ATV) – Qurban Qurbanov Kənan Hakimov (“İctimai” TV) – Qurban Qurbanov Fərid Ramazanov (“İdman” TV) – Qurban Qurbanov Tural Xudiyev ( “Space” TV ) – Qurban Qurbanov İlkin Baba (“Azərbaycan radiosu”) – Canni De Byazi Cavid Neymətzadə (“Radio Space”) – Qurban Qurbanov

İctimai-siyasi media İlham Quliyev (“Kaspi” qəzeti) – Qurban Qurbanov Elsevər Məmmədov (“Qafqazinfo.az”) – Qurban Qurbanov Vəsilə İbrahim (“Sfera.az”) – Qurban Qurbanov İlqar Tağıyev (“525-ci qəzet”) – Qurban Qurbanov Elçin Cəfərov (“Azərbaycan” qəzeti) – Qurban Qurbanov Təranə Xudabaxşiyeva (“Ayna.az”) – Qurban Qurbanov Teymur Tuşiyev (“Sputnik Azərbaycan”) – Murad Musayev Ceyhun Musaoğlu (“Rupor.az”) – Qurban Qurbanov Amal Abuşov (“Qaynarinfo.az”) – Qurban Qurbanov Adəm Abbaslı (“Publika.az”) – Qurban Qurbanov Elnur Salahov (“Report.az”) – Qurban Qurbanov Azər Hüseynbala (“Lent.az”) – Qurban Qurbanov Aytən Məmmədova (“Azadliq.info”) – Canni De Byazi Ramin Deko (“Azadlıq radiosu”) – Qurban Qurbanov Əziz Elxanoğlu (“Turan”) – Qurban Qurbanov Anar Rəsullu (“Sozcu.az”) – Qurban Qurbanov Nuh Tarverdiyev (“Sfera.az”) – Murad Musayev Ruslan Rüstəmov (“Baku” TV) – Murad Musayev Natiq Cavadlı (“Meydan” TV) – Canni De Byazi Zahid Nurəliyev (“Bakupost.az”) – Qurban Qurbanov Ceyhun Məmmədov (“Şərq qapısı” qəzeti) – Qurban Qurbanov Fərəc Aslanov (“Azeripress.az”) – Qurban Qurbanov Səxavət Məmmədov (“Yenicag.az”) – Qurban Qurbanov

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər