“Çelsi”nin baş məşqçisi Antonio Konte komanda formalaşdırarkən əldə rəhbər tutduğu prinsiplərini açıqlayıb. Fanat.Az xəbər verir ki, italyan çalışdırıcı belə deyib:
“Çox pul xərcləyənlər heç də həmişə titullar qazanmır. Hamı bilir ki, Mançester klubları artıq neçə mövsümdü bu yolla gedir. Ortada da bir şey yoxdu. Milyonları havaya sovurmaq başqa, nəticə qazanmağa hazır kollektiv qurmaq başqa... Məsələn, mənə eqoist oyunçular lazım deyil. Özündənrazı futbolçunun nazıyla oynamaqdansa, uduzmağı üstün tuturam. Elə buna görə də ulduz transferləri haqda düşünmürəm. Bir daha bəyan edirəm, Konteyə özündənrazı ulduzlarla işləmək maraqlı deyil”.
Fanat.Az