“Yuventus” bu yay “Latsio”nun hücumçusu Balde Diao Keytanı heyətə qatmaq uğrunda mübarizəyə başlayıb. Fanat.Az “Calciomercato”ya istinadən xəbər verir ki, seneqallı forvardın hazırkı klubuyla olan müqaviləsinin müddəti 2018-ci ildə bitəcək.
21 yaşlı futbolçunu “Mançester Yunayted” də istəyir. Keytanın agenti Xorxe Mendeşin onu İngiltərəyə göndərmək fikrində olması isə “Yuve”nin işini çətinə salacaq.
Forvard 2011-ci ildən “Latsio”dadı. O, bu mövsüm A seriyasında 16 matça çıxıb və 5 top vurub. Üstəlik, 2 qol ötürməsi verməyə də imkan tapıb.
Fanat.Az