"Yan xətt hakiminin bunu necə müəyyənləşdirdiyi sual olaraq qalır"- Kurban Berdiyev

"Yan xətt hakiminin bunu necə müəyyənləşdirdiyi sual olaraq qalır"- Kurban Berdiyev

Misli Premyer Liqasının 6-cı turunda Masazırda "Sabah"la 2:2 hesablı bərabərliyyə razılaşan "Turan Tovuz"un baş məşqçisi Kurban Berdiyev oyunu dəyərləndirib.

Fanat.Az xəbər verir ki, 69 yaşlı mütəxəssis matçdan sonra təşkil edilən mətbuat konfransında belə danışıb:

"Paltardəyişmə otağında dedim ki, biz matçın hər iki hissəsinin başlanğıcında rəqibə uduzurduq. Qalan vaxtlarda xarakter göstərdik və bundan razı qaldım". 

- Qələbə üçün nə çatmadı? - Bəzi futbolçuların yanlış mövqedə olması ikinci hissədə rəqibin uğurlu əks-hücum qurması ilə nəticələndi. "Sabah" bunu yaxşı bacarır. Yenə deyirəm, oyunçularıma göstərdikləri xarakterə görə minnətdaram.

- Sayılmayan qol barədə nə deyə bilərsiniz? - Yan xətt hakimi topun meydanı tərk etdiyini dedi. Onun bunu necə müəyyənləşdirdiyi sual olaraq qalır. Qərar verilib. 

- 5 ballıq şkala ilə komandanızın oyununa neçə verərdiniz? - Müdafiədə problemlər var... Hücumda da həmçinin. Qiymət verməyə hazır deyiləm. Müsbət və mənfi məqamlar var.

- Komandanız liderdir. Durumdan razısınız? - Razı olduğumu deyə bilmərəm. Hər məşqdə və oyunda bütün gücümüzü qoyuruq. Mükəmməlləşmək lazımdır.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər