"Uzun aylardır Olimpiada arzumuzu gerçəkləşdirmək üçün çalışırıq" - Polşanın baş naziri

"Uzun aylardır Olimpiada arzumuzu gerçəkləşdirmək üçün çalışırıq" - Polşanın baş naziri

Polşa 2040 və ya 2044-cü illərdə Olimpiya Oyunlarına ev sahibliyi etmək üçün iddialı olacaq.

Fanat.Az xəbər verir ki, ölkənin baş naziri Donald Tusk belə planlarının olmasından danışıb.

PAP hökumət başçısının dediklərini belə çatdırıb: “Əslində biz uzun aylardır ki, Polşada keçiriləcək Olimpiya Oyunları arzusunu gerçəkləşdirmək üçün çalışırıq. Bu hədəfin real olub-olmadığını həyat göstərəcək. Biz buna ciddi yanaşacağıq.

BOK-un ilkin mövqeyini, öhdəlik tələblərini və bəyanatlarını nəzərə alsaq, haqqında danışa biləcəyimiz real perspektiv 2040 və ya 2044-cü ildir”.

Qeyd edək ki, növbəti olimpiadalar 2028-ci ildə ABŞ-ın Los-Anceles şəhərində, 2032-ci ildə isə Avstraliyanın Brisben şəhərində təşkil olunacaq. 2036-cı ildəki yarış üçün isə Misir və Almaniya başda olmaqla, 10 ölkənin namizədlik üçün müraciət etdiyi bildirilir.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər