Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyunları davam edir. Bu gün turnir çərçivəsində daha iki qarşılaşma baş tutacaq. Fanat.az oyunlarla bağlı maraqlı məlumatları və proqnozları təqdim edir.
"Arsenal" Londonda "Barselona"ya badalaq vura biləcək?

23.45 Arsenal (İngiltərə) - Barselona (İspaniya
Proqnoz: 2 (1,65), üst (1,45), qol-qol (1,45)
Hakimlər: Cüneyt Çakır, Bahattin Duran, Tarik Ongün, Sem Satman (Türkiyə).
Əlavə köməkçi hakimlər: Hüseyn Göçek, Barış Şimşek (Türkiyə).
London. Emirates stadionu.
Komanlaların milli çempionatlarda durumu fərqlidi. Premyer Liqada son çempionluğunu 2003/04 mövsümündə qazanan "Arsenal" cari mövsümdə qızıl medallara iddialıdı. London klubu 26 turda 51 xal toplayıb və "Tottenşhem"lə birlikdə 2-3-cü pillələri tutur. Hər iki paytaxt təmsilçisi lider "Leyçester"dən 2 xal geri qalır.
La Liqanın son qalibi "Barselona" isə titulunu qorumaq iddiasındadı. Kataloniya klubu 25 turda 63 qazanaraq turnir cədvəlinə başçılıq edir. "Barsa" ən yaxın izləyicisi "Atletiko"nu 8, əzəli rəqibi "Real"ı 9 xal qabaqlayır.
"Arsenal" uzun illərdi Avropada uğura həsrət qalıb. Londonlular Avropadakı ilk və son uğurunu 1993/94 mövsümündə qazanıb. Komanda həmin mövsüm artıq tarixin arxivinə qovuşmuş Kuboklar Kubokuna sahib çıxıb.
"Barselona" isə Avropanın ən güclü və titullu klublarından biridi. Son mövsümdə La Liqa və "Karl Kuboku" ilə yanaşı, Çempionlar Liqasına da sahib çıxan kataloniyalılar 2005-ci ildən bəri 4 dəfə bu turnirin qalibi adını qazanıb.
Hər iki komanda meydana itkilərlə çıxacaq. "Arsenal"da Qabrial Paulista, Santi Kazorla, Tomaş Rosiçki və Jak Uilşere zədəlidi. "Barselona"da isə Arda Turan oynamayacaq. Çünki türk futbolçu ötən mövsüm "Atletiko"nun heyətində "Real"a qarşı keçirdiyi 1/4 final matçında qırmızı vərəqə alıb və cəzalıdı. Rafinya isə zədə səbəbindən kənarda qalacaq.
MARAQLI MƏQAMLAR
* "Barselona" son 10 mövsümdə 4 dəfə Çempionlar Liqasının qalibi olub. Bu müddətdə heç bir klub eyni uğuru təkrarlaya bilməyib.
* Neymar Çempionlar Liqasının qrup mərhələsindən sonra oynadığı son 5 matçda 7 qol vurub.
* Aleksis Sançes "Arsenal"ın bu mövsüm Çempionlar Liqasında vurduğu qollardan 58,3 faizinə imza atıb (3 qol, 4 ötürmə).
* Lionel Messi "Arsenal"a qarşı forma geyindiyi 4 Çempionlar Liqası qarşılaşmasında 6 qol vurub: bunlardan heç biri səfər oyununda qeydə alınmayıb.
* "Barselona" ötən mövsümdən bu yana Çempionlar Liqasında keçirdiyi 19 matçın 15-ni qazanıb.
* "Arsenal" Çempionlar Liqasında oynadığı son 13 matçda qol vurmağı bacarıb.
* Komandalar arasında Çempionlar Liqasında baş tutan son 5 matçdan 3-də "Barselona", 1-də "Arsenal" qələbə qazanıb. Digər bir matç isə "sülh"lə bitib.
"Barselona" hazırda Avropanın ən güclü və formada olan komandadı. "Arsenal" bundan əvvəl "Barselona"ya qalib gəlib və hazırda yaxşı formadadı. Lakin "Barselona" yenə oyunun favoritidi. Proqnozsevərlər bu oyunda 2 (1,65), "üst" (1,45) və "qol-qol" (1,45) variantlarına pul qoyuluşu edə bilər.
Mümkün start heyətləri
Arsenal: Petr Çex, Ektor Bellerin, Per Mertesaker, Loran Kosçielni, Naço Monreal, Matyu Flamini, Aaron Ramsey, Teo Ualkott, Mesut Özil, Aleksis Sançes, Oliver Qirud
Barselona: Mark-Andre ter Stegen, Dani Alveş, Daniel Maskerano, Cerard Pike, Jordi Alba, İvan Rakitiç, Serxio Buskets, Andres İnyesta, Lionel Messi, Luis Suares, Neymar.
"Yuventus" "alman tankı"nı dayandıra biləcək?

23.45 Yuventus (İtaliya) - Bavariya (Almaniya)
Proqnoz: BH X (1,85), "alt" (1,50).
Hakimlər: Martin Atkinson, Maykl Mullarkey, Stepan Çild, Hari Beşvik (İngiltərə).
Əlavə köməkçi hakimlər: Maykl Oliver, Krayq Pavson (İngiltərə).
Turin. "Yuventus Arena".
Hər iki komanda milli çempionatlarda növbətçi çempionluğa yaxındı. Son 4 mövsümdə A Seriyasının qalibi olan "Yuventus" 26 turdan sonra 58 xalla turnir cədvəlinə başçılıq edir və ən yaxın izləyicisi "Napoli"ni bir xal qabaqlayır.
Son 3 mövsümdə Bundesliqanın qalibi adını qazanan "Bavariya" isə 22 turdan sonra 59 xalla liderdi. Münhen klubu 2-ci pillədəki "Borussiya"nı (Dortmund) 8 xal qabaqlayır.
Tarixində iki dəfə Çempionlar Liqasını qazanan "Yuventus" ötən mövsüm qızıl medalların sayını 3-ə çatdıra bilərdi. Lakin finalda "Barselona"ya yenilən Turin klubu gümüş medallarla kifayətlənməli olmuşdu. Ümumiyyətlə, "Yuventus" tarixi ərzində Avropada 9 kubok qazanıb. Komanda indiyədək 6 dəfə Çempionlar Liqasının fiqalında uduzub.
"Bavariya" sonuncu dəfə Çempionlar Liqasını 2012/13 mövsümündə qazanıb. Avropada indiyədək 8 kuboka sahib çıxmış Münhen klubu 10 dəfə Çempionlar Liqasının finalına vəsiqə qazanıb, 5 halda turnirin qalibi adını əldə edib.
"Yuventus" bu axşam meydana ciddi itkilərlə çıxacaq. Belə ki, zədəsi olan Kvadvo Asamoah, Aleks Sandro, Kakeres və Qiorqio Çiellini meydana çıxa bilməyəcək.
Pep Qvardiolanın yayda yollarını ayıracağı "Bavariya"nın heyətində 3 itki var. Münhen klubu bu gecə Xavi Martines, Jerome Boatenq və Holger Badstuberin xidmətindən yararlana bilməyəcək. Hər 3 futbolçu zədəlidi.
MARAQLI MƏQAMLAR
* "Yuventus" evində oynadığı son 34 Çempionlar Liqası matçında iki dəfə yenilib. Hər iki matçda rəqib "Bavariya" olub.
* Robert Levandovski 2011/12 mövsümündə Çempionlar Liqasında ilk matçına çıxdıqdan bəri bu turnirdə 40 qol vurub. O, bu göstəriciyə görə sadəcə Kriştiano Ronaldo (60) və Lionel Messidən (43) geri qalır.
* "Yuventus" Çempionlar Liqasında son 4 matçda yenə bilməyib.
* Filip Lam bu matçda forma geyinsə, Çempionlar Liqasında 100-cü mtçına çıxacaq. Bununla da o, bu göstəricidə 100-cü oyunu keçirən ikinci alsan olacaq. Lamdan əvvəl Oliver Kan 100-ü keçib - 103 oyun.
* Bu mövsüm Çempionlar Liqasında iki komanda ən çox qol vurub: "Real" və "Bavariya" - 19 qol.
* Komandalar arasında baş tutmuş son 6 Çempionlar Liqası matçnıda "Bavariya" 4, "Yuventus" 1 qələbə qazanıb, 1 oyunda qalib müəyyənləşməyib.
"Yuventus" öz çempionatında rəqib tanımır, həmçinin son mövsümdə Çempionlar Liqasında finala çıxıb. Lakin cütün favoriti "Bavariya"dı. Münhen klubunda son mövsümünü keçirən Pep Qvardiola gedişini kubokla qeyd etmək niyyətindədi. Qonaq komanda bu gecə ən pis halda qollu bərabərliyə nail olacaq. Proqnozsevərlər bu oyunda birinci hissənin heç-heçəsinə (1,85) və "alt" (1,50) variantlarına pul qoyuluşu edə bilər.
Mümkün start heyətləri
Yuventus: Canluici Buffon, Patrik Evra, Leonardo Bonuççi, Andrea Barzaqli, Stepan Lixtşteyner, Paul Poqba, Sami Kedira, Klaudio Marçisio, Xuan Quadrado, Alvaro Morata, Paulo Dibala.
Bavariya: Manuel Neuer, Xuan Bernat, David Alaba, Mehdi Benatiya, Filip Lam, Xabi Alonso, Duqlas Kosta, Tyaqo Alkantara, Tomas Müller, Aryen Robben, Robert Levandovski.
Fanat.az