"Təəssüf ki, sonda uduzan tərəf biz olduq"

"Təəssüf ki, sonda uduzan tərəf biz olduq"

Belçika millisinin baş məşqçisi Domeniko Tedesko Almaniyada təşkil edilən Avropa çempionatının 1/8 finalında Fransadan aldıqları məğlubiyyəti (0:1) şərh edib.

Fanat.Az xəbər verir ki, o, mətbuat konfransında belə danışıb:

"Final fitinə 5 dəqiqə qalmış avtoqol nəticəsində buraxılan qolun ardından matç barədə nəsə demək çətindir. Qarşıdakı günlərdə AÇ-2024-də keçirdiyimiz bütün görüşləri təhlil edəcəyik. Bu gün qapıçımız Kun Kastels bu gün möhtəşəm idi. Məğlubiyyətin günahkarı o deyil. Fransa millusinin müdafiə xəttini çətin vəziyyətə saldıq. Təəssüf ki, sonda uduzan tərəf olduq".

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər