"Siti" "dördlük"dən kənarda qalacaq"- İDDİA

"Siti" "dördlük"dən kənarda qalacaq"- İDDİA
“Mançester Yunayted”in sabiq qolkiperi Peter Şmeyxel Joze Mourinyonun fəaliyyətini dəyərləndirib. Fanat.Az xəbər verir ki, veteran əlcək sahibi Xosep Qvardiolanı da yaddan çıxarmayıb:
“Əsas odu ki, Mourinyo vəziyyətdən çıxış yolunu tapıb. İndi “manikunianlar” kifayət qədər yaxşı oynayırsa, nəticələr gözə dəyirsə, gələcəyə ümidlə baxmaq olar. Qvardiola? O, hələ heç nəyə nail olmayıb. Məncə, “Mançester Siti” yekunda “dördlük”dən kənarda qalacaq. Xosep böyük dəyişikliklərlə başladı. Ancaq faktdı ki, futbolçular onun üslubuna öyrəşməyiblər”.
Xatırladaq ki, Qvardiola da Mourinyo kimi yeni işinə yayda başlayıb. Onun komandası turnir cədvəlində 5-ci sıradadı və əzəli rəqibi MY-ni 2 xal qabaqlayır.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər