"Şəmkir" qazaxlarla "sülh" bağladı

"Şəmkir" qazaxlarla "sülh" bağladı

Hazırlığı Antalyada davam etdirən "Şəmkir" bu gün növbəti yoldaşlıq görüşünü keçirib. Fanat.Az xəbər verir ki, qərb təmsilçisi "Qazaxıstan" "Tobol"u ilə qarşılaşıb. 

Matçın 40-cı dəqiqəsində Cəmil Hacıyev komandasını hesabda önə çıxarıb. Ancaq Qəhrəman Əliyevin komandası bu üstünlüyü sona qədər qoruyub saxlaya bilməyib. Belə ki, 80-ci dəqiqədə qazaxlar məğlubiyyətdən xilas ola bilib. Beləliklə, tərəflər meydandan "sülh"lə ayrılmalı olub - 1:1.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər