Təlim-məşq toplanışını Antalyada davam etdirən "Şəmkir" növbəti yoxlama matçında qüvvəsini sınayıb.
Fanat.Az xəbər verir ki, Qəhrəman Əliyevin komandası Ukrayna "Dnepr"i ilə görüşüb. Matç şəmkirlilərin 0:2 hesablı məğlubiyyəti ilə yekunlaşıb.
Qeyd edək ki, "Şəmkir” buna qədər iki oyun keçirmiş və qələbə qazanmışdı. Yəni, ilk görüşdə "Kuşadası"na 1:0, ikinci matçda isə Qazaxıstan təmsilçisi "Kiran"a 2:1 hesablı məğlubiyyət yaşatmışdı.
Qeyd edək ki, "Dnepr" 2 dəfə SSRİ çempionluğunu, 2 dəfə Liqa Kubokunu, 1 dəfə Super Kubokunu qazanıb. Komanda 2014/15 mövsümündə Avropa Liqasının finalına çıxıb və "Sevilya"ya yenilib.
Fanat.Az