“Həm futbolçularımıza, həm də azarkeşlərimizə alqış düşür. Ab-hava ən xoş sözlərə layiq idi”. Fanat.Az xəbər verir ki, bu sözləri Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda “Kopenhagen”i 1:0 hesabıyla yenən“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.
Tarixi görüşün ardından ənənəvi mətbuat konfransı keçirən mütəxəssis zəfəri dəyərləndirib: “Özümdən çox, sizlərin bu himni eşitməsini istəyirdim. Mən də duyğulandım. Bu gün Çempionlar Liqasında mübarizə apardığımızı tam hiss etdik. Şad oldum ki, həmin himni Azərbaycanda eşitdilər, bütün azarkeşlər oyundan həzz aldılar. Belə komandalara qarşı çox güc sərf etməlisən. Futbolçularım səhvsiz oynamağa çalışdılar. Nəticə yaxşı oldu. Amma hesab arasındakı fərqi artıra da bilərdik. Səfərdə bizi daha ağır oyun gözləyir. “Kopenhagen” öz meydanında çox yaxşı futbol göstərir. Rəqibi bu gün daha yaxından tanıdıq. Səfərdə daha diqqəti və dəqiq oynamağa çalışacağıq. Rəqib meydanında da uğurlu nəticə qazanmaq istəyirik”.
Fanat.Az