İngiltərə millisinin müdafiəçisi Lük Şou Almaniyada təşkil edilən Avropa çempionatının 1/4 finalında İsveçrəyə qarşı keçirdikləri oyundan (1:1, penaltilərlə 5:3) sonra baş məşqçi Qaret Sautgeytin futbolçulara nə dediyini açıqlayıb.
Fanat.Az xəbər verir ki, "The Telegraph" onun sözlərini belə çatdırıb:
"Mənə güvəndiyi, oynamaq şansı verdiyi üçün Sautgeytə minnətdaram. İsveçrə ilə oyundan sonra bizimlə fəxr etdiyini söylədi. Bundan başqa, hələ hər şeyin başa çatmadığını, qarşıda iki vacib oyun olduğunu dedi".
Xatırladaq ki, İngiltərə millisi yarımfinalda Niderlandla üz-üzə gələcək.
Nihat