Qurban Qurbanov Reynaldo Silvanın Çin klubundan təklif alması barədə xəbərlərə münasibət bildirib. Fanat.az xəbər verir ki, baş məşqçi braziliyalı futbolçuya ərəb klublarından da təklif gəldiyini etiraf edib:
"Reynaldonu əvvəl də istəmişdilər. Bir müddət əvvəl ərəb klubları onun xidmətində maraqlı idi. Ancaq onun zədəsinin olması keçidə mane oldu. Əsas olan onun sağlamlığıdı".
Qeyd edək ki, bu qışda Reynaldoya Çinin "Beijinq Enterprises” klubundan təklif gəlib. Bunun üçün hətta son Azərbaycan çempionuna rəsmi təklif də göndərilib. Çinlilərin 18 yanvar 2016-cı il tarixində təklif etdiyi məbləğ Azərbaycan futbolu üçün fantastik hesab edilə bilər. Bəli, asiyalılar Reynaldonu heyətinə qataq üçün "Qarabağ”a 3 milyon avro ödəməyə hazır imiş. Reynaldo da bu keçiddən daha çox qazanacaqdı. Belə ki, hər ili üçün ona 1 milyon 200 min avro ödəniləcəkdi.
Çinlilər aparıcı futbolçu ilə 2+1 illik sözləşmə bağlamaq niyyətində olub. Ancaq zədəli olan Reynaldo tibbi baxışdan uğurla keçə bilməyib.
Fanat.az