“Rəqibin öz meydanında yaxşı oynadığını bilirdik. Bizim üçün ağır gün oldu, güclü komandayla üz-üzə gəldik”. Fanat.Az xəbər verir ki, bu sözləri “Kopenhagen”in futbolçusu Uilyam Kvist deyib.
Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda Bakıda “Qarabağ”a 0:1 hesabıyla uduzan Danimarka təmsilçisinin kapitanı klubun saytına danışıb: “Yolun uzaqlığı istənilən halda, əlavə çətinlik yaradır. Səfərdə qol vurmaq istəyirdik. Təəssüf ki, fərqlənən rəqib oldu. Təbii, nəticəyə görə üzgünük. Fasilədən sonra daha çox səhv etdik. İstədiyimiz oyunu sərgiləyə bilmədik. Bunun nə ilə bağlı olduğunu dəqiq deməyə çətinlik çəkirəm. Ola bilsin, isti hava da sözünü dedi. Oyunun sonlarında təzyiqi artırmağı bacarmadıq. Yenilsək də, qrupda oynamaq şansımızı itirməmişik. Hətta deyərdim ki, şanslar hələ də bərabərdi”.
Fanat.Az