Fransa yığmasının sabiq futbolçusu Jerom Roten "Atletiko Madrid"in hücumçusu Antuan Qrizmannı millidəki karyerasını bitirməyə çağırıb.
Fanat.Az xəbər verir ki, "Top Merkato" veteran oyunçunun dediklərini belə təqdim edib:
“Böyük oyunçular dayanmağı bacarmalıdırlar. Düşünürəm ki, o, artıq böyük turnirlərdə oynamağa qadir deyil. Məncə, onun dayan deməsinin vaxtı çatıb. Rafael Varane baxın, zirvədə getdi. Qrizmann 2026-cı ildə hələ də milli komandada olacağına inanır. Düşünürəm ki, əbəs yerə...”.
Qeyd edək ki, Fransa yığması AÇ-2024-ün yarımfinalında İspaniyaya uduzaraq mübarizəni dayandırıb.
Mirağa