"Qeyri-müəyyənlik motivasiyamızı poza bilməz"- AÇIQLAMA

"Qeyri-müəyyənlik motivasiyamızı poza bilməz"- AÇIQLAMA

“3-cü yeri təmin etsək də, işimizi bitmiş saymırıq. Mübarizə davam edirsə, deməli, “Qarabağ”la oyunda da bacardığımızı ən yaxşı şəkildə ortaya qoymaq fikrindəyik”. Bu sözləri Fanat.Az-a açıqlamasında “İnter”in qapıçısı Səlahət Ağayev deyib.

Mövsümün sonunda “ağ-göylər”i “Neftçi”yə dəyişəcəyi deyilən (bunu özü də təsdiqləyib) Ağayev bu mövsüm uduzmadıqları rəqiblə uğurlu oyunlar seriyasını davam etdirmək istədiklərini söyləyib: “Çempion komandaya uduzmamağımız yaxşı kollektiv olduğumuzun göstəricisidi. “Qarabağ”a qarşı uğurlu oyunların davamını gətirmək istəyirik. “İnter”in taleyi ilə bağlı qeyri-müəyyənlik motivasiyamızı poza bilməz. Yaxşı heyətimiz var. Hamılıqla qarşıdakı oyun haqda düşünürük”.

 

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər