"Öpülməyən heç bir yerim qalmadı" - Mərhum klub prezidenti

"Öpülməyən heç bir yerim qalmadı" - Mərhum klub prezidenti

Xəbər verdimiyimiz kimi, Türkiyənin "Gənclərbirliyi" klubunun prezidenti İlhan Cavcav vəfat edib. 81 yaşında dünyasını dəyişən klub rəhbər 37 il "Gənclərbirliyi"inə başçılıq edib. Bu müddətdə 47 fərqli baş məşqçi ilə çalışaraq ilginc bir rekorda imza atan mərhum hər zaman maraqlı açıqlamaları ilə gündəmdə olub. Fanat.Az İlhan Cavcavın unudulmaz sözlərini təqdim edir.

"İbrahim Üzülməz ötən mövsüm uğurlu olmadı deyə bilmərəm. Haqsızlıq etmiş olaram. Amma bu mövsüm nə transferdən loyur, nə də puldan".

"Hakimi ittiham etmək istəmirəm. 100 faizlik penaltimizi və son dəqiqədə cərimə zərbəmizi vermədi. Təbii ki Cüneyt Çakırın adı böyükdü, amma təəssüf ki, Türkiyədəki matçlarda adı böyük olmur".

"Bu gün 80 yaşım tamam oldu. Öpülməyən heç bir yerim qalmadı. Mənə səbəb ona inan, buna inan və insanmalara inanmaqdır. Artıq dəyişməli olduğumu düşünürəm".

"Mən də insanam. Peyğəmbər deyiləm. Pir də deyiləm. Amma mənim günahım var. Bunu qəbul edirəm. İnsanlara güvənən, insanlara inanan biriyəm".

"Bu gün federasiya mənə bir diplom versə, çox yaxşı bir baş məşqçi olaraq meydana çıxar və hansı futbolçunun harda oynayacağını, nə iş görəcəyini çox yaxşı müəyyənləşdirə bilərəm".

"4 baş məşqçi dəyişdi, 5-ci gəlir. Lazım olsa, 17 baş məşqçi dəyişərəm. Komandanın mənfəti üçün hər şeyi edərəm. İşini görən adam başımın tacıdır".

"Gənclərbirliyi" fanatı kimi doğulmamışam. 10 yaşında futbola başlamış adamam. Əmim "Qalatasaray"da oynayıb. İstanbulda əsgərlik keçmişəm və daima "Qalatasaray"ın oyunlarına gedirdim. Bir insanın "Qalatasaray"lıyam deməsi cinayətdirmi?"

"Mən inadçı bir adam, kin saxlayan deyiləm. Heç kimsəyə kin saxlamayan bir insanam. Mən burda dava edərəm, 15 dəqiqədə sonra fikirləşərəm, günahım varsa, səndən üzr istəyərəm, səhv etmişəm deyərəm".

"Mən Səbriyə ən çox 800 min lirə verərdim. Gerçək dəyəri bu qədərdi. Bu 800 min lirəni də hissə-hissə ödəyərəm. 33 faizini əvvəl, 33 faizini aylır, 33 faizini də matçbaşı verərəm".

"Gökhan Gönülü 1 milyon 250 min avroya "Fənərbaxça"ya verdim. Ali Şen bəydən soruşun. Otaqdan çıxdılar, Adnan Polat zəng elədi, 1 milyon 750 min avro təklif etdi. Dedim ki, "Söz verdim, Adnan Polat. Mən verə bilmərəm. İstər 500 min avro olsun, istər 500 avro".

"Stumpf bir gün mənə "Bütün futbolçular qısa boyloudur" dedi. "Nə edək, boylarınımı uzadaq. Transfer dönəmi də deyil ki, sənə 1,85 boyunda adamlar tapım" dedim. Onunla yollarımızı belə ayırdıq".

"Baş nazirimiz siyasətdə Türkiyənin forvardıdır. Qol vuruşlarında rol oynayır. "Gənclərbirliyi" olaraq bir qolçuya ehtiyacımız var. Baş nazirimizə 10 milyon avro transfer təklifi edirəm. Bizim formamızla çox qol vurar və çempion olarıq".

"Menecerlər Petkoviç, Lekiç kimi futbolçularımızı yenidən satacaqları vədi ilə bizi aldadıb, dedilər. Menecerlər mənim kimi illərini təcrübəsi birini aldatdıqdan sonra, digər klublarımızı daha asan aldadır. Bunlara diqqət etməliyik".

"Matçlara saqqallı çıxmaq yasaq olunmalıdı. Burası imam hatip (dini məktəb) məktəbidi?"

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər