"Onu hər dəfə meydana buraxa bilmirəm" - Qurbanov

"Onu hər dəfə meydana buraxa bilmirəm" - Qurbanov

"Hər bir oyun bizim üçün vacibdi. Heyətdə dəyişikliklər etsək də, qələbə üçün oynadıq. Ümumilikdə pis alınmadı. Sonluğa baxanda 2:0 hesablı qələbə yaxşı nəticədi. “Slovan”la matçdan sonra bəzi futbolçularımızın mikrozədələri var idi. Buna görə də, risk etmək istəmədim. Meydana çıxan oyunçulardan da tam razı qaldım".

Fanat.Az xəbər verir ki, bu sözləri "Zirə" ilə oyundan sonra "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib. Çalışdırcı 2:0 hesablı qələbəni şərh edib.

Qurbanov Qara Qarayevi müdafiənin mərkəzində oynatmasından danışıb: "Qaranı bəzi yoxlama görüşlərində o mövqedə yoxlamışıq. Orda da oynamaq gücündədi. Müdafiənin mərkəzi Qara üçün tanışdı. Bəzən məşqlərdə, ikitərəfli oyunda da onu bu mövqedə yoxlayırıq".

Baş məşqçi dubl edən Rahid Əmirquliyevin oyununu da şərh edib: "Rahid çoxdan hazırdı. Artıq neçə oyundu ki, çempionatda əsas heyətdə meydana çıxır. Sadəcə, bəzi nüanslar var ki, hər dəfə meydana buraxa bilmirəm. Çoxdan hazırdı. Tam öz oyununu bərpa etməsi üçün oyun təcrübəsi lazımdı".

Qurbanov Bədavi Hüseynovunla bağlı da danışıb: "O, artıq fərdi məşqlərə başlayıb. Ya sabah, ya birisigün kollektivlə birgə məşqlərə qoşulacaq. "Kəpəz"lə görüşdə 90 dəqiqə oynayıb-oynamayacağını bilmirəm".

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər