"Onlar qapıçı sirrlərini anlasalar, irəli gedə biləcəklər"

"Onlar qapıçı sirrlərini anlasalar, irəli gedə biləcəklər"
"Komandamız yenicə yığılıb. Fikrimcə, toplanış səmərəli keçdi. Uşaqlar işə cox ciddi yanaşır və tam gücü ilə məşq edirdilər. Bu da çox sevindiricidi. Amma vaxtımız az oldu. Çünki həmişə futbolçulara nəsə yeni bir şey göstərmək istəyirik". Fanat.az хəbər verir ki, bu sözləri "Neftçi"nin qapıçılar üzrə məşqçisi Dmitri Kramarenko deyib.
"Bu qısa müddət ərzində məşqçilər korpusu maksimal dərəcədə işlədilər. Futboçular hər şəyi tez qavrayırlar. Əlbəttə ki, həm müsbət, həm də çatışmayan aspektlər var. Ona görə də mənfi tərəfləri aradan götürmək üçün işləyirik və çatışmayan tərəflər üzərində çalışırıq" deyə Dima əlavə edib.
Məşqçi komandanın heyətindəki qapıçılarla bağlı da danışıb: "Maksim Vaylonun və Ruzi Qiyaslının perspektivi var. Onlar bunu başa düşürlər və həm məşqlərdə, həm də yoldaşlıq oyunlarında böyük həvəslə çalışırlar. Gündə 2 məşq keçiririk, elə olur ki, 3 məşqimiz olur. Amma buna baxmayaraq böyük həvəslə məşq edirlər. Əgər onlar qapıçı sirrlərini anlayacaqlarsa, irəli gedə biləcəklər". 
Dima azarkeşlərə səslənib: "Azarkeşlərə demək istəyirəm ki, səbrli olsunlar. Çünki komandamız yenidən qurulur. Futbolçular ürəkdən çalışırlar. Bir az vaxt lazımdı ki, futbolçular bir-birin başa düşsünlər. Bizə inansınlar. Bilirik ki, əsas nəticədi. Amma istəyirik ki, hər oyunda bizə dəstək olsunlar. Çünki onlardan çox şey aslıdı. Əbəs yerə demirlər ki, fanatlar komandanının 12-ci oyunçusudu".
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər