"Ona görə Rəşadı irəli çəkdik ki..." - Qurban Qurbanov

"Ona görə Rəşadı irəli çəkdik ki..." - Qurban Qurbanov

Qurban Qurbanov "İnter"lə oyunla (1:1) bağlı fikirlərini bildirib. Fanat.az xəbər verir ki, "Qarabağ"ın baş məşqçisi bunları deyib: 

"Ciddi rəqibə qarşı oynadıq. Rəqib müdafiə olunub, kəskin əks-hücumlar edirdi. Bir epizodda səhv etdik və qol buraxdıq. Ancaq bir xal qazandıq. Buna pis nəticə deməzdim. Maraqlı oyun oldu. Rəqibə növbəti oyunlarda uğurlar arzulayıram. Azarkeşlərimizə bizi dəstəklədiklərinə görə təşəkkür edirəm".

İlk bir saat ərzində qapı istiqamətinə zərbə çox az oldu. Bu, rəqibin oyunu ilə bağlı idi. Müdafiə futbolu oynayan komandaya qarşı hücum futbolu oynamaq çətindi. Dəfələrlə demişəm, Azərbaycan çempionatında komandalar ağıllı müdafiə oluna bilirlər. Xüsusilə, bizim hücumçuları rəqib müdafiəçilər yaxşı tanıyır.

Rəqibin müdafiə olunması bütün komandanın oyununa təsir etdi. Muarem Muarem keçən il bir müddət oynamadı. Ona hər oyun şans verirəm ki, əvvəlki formasını bərpa etsin. Ola bilsin onun oyunu o qədər də nəzərə çarpmadı.

Hesabda geridə idik. İtirəcək heç nəyimiz yox idi. Buna görə Rəşad Sadıqovu irəli xəttə çəkdik. O da fərqlənməyi bacardı. Arxada iki müdafiəçi saxlamağımız təhlükəli idi. Ancaq həmin anda 0:1 və ya 0:2 hesabı ilə uduzmağın bizim üçün fərqi yox idi".

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər