“Çətin vəziyyətdəydik. İş elə gətirmişdi ki, son yarım saata3 top vurmalıydıq”. Fanat.Az xəbər verir ki, bu sözlər “Barselona”nın müdafiəçisi Serxi Robertoya məxsusdu.
Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab matçında PSJ-ni 6:1 hesabı ilə darmadağın edən "Barsa" adını 1/4 finala yazdırıb. İspaniya təmsilçisinə zəfəri gətirən qola isə son saniyələrdə məhz Roberto imza atıb.
25 yaşlı futbolçu inanılmazı reallaşdırandan sonra açıqlama verib: “Ofsayd haqda düşünmədən rəqibin qapısına doğru şığıdım və topu qapıdan keçirdim. Parisdəki görüşdən sonra çox əsəbi idik. Bu gecə isə bizim üçün möhtəşəm oyun alındı. Azarkeşlər verdikləri dəstəklə bizim meydandakı sayımızı artırdılar. Çox şadıq, bu qələbəni fanatlarımıza həsr edirik”.
Parisdəki matçın kataloniyalıların 0:4 hesablı məğlubiyyətiylə bitdiyini xatırladaq.
Fanat.Az