"O səhvi özümə bağışlaya bilmirəm" - Qara Qarayev

"O səhvi özümə bağışlaya bilmirəm" - Qara Qarayev

“Neftçi” güclənib. Rəqiblərimizdən birinin toparlanması çempionatdakı rəqabət baxımından müsbət haldı”. Bu sözləri Fanat.Az-a açıqlamasında “Qarabağ”ın yarımmüdafiəçisi Qara Qarayev deyib.

“Neftçi”ylə son Premyer Liqa matçında (1:1) səhvə yol verən milli üzvü komandasının qapısına vurulan qolla nəticələnən xətaya da şərh verib: “Topu qapıçıya ötürmək istəyirdim. Pas qısa düşdü. Nəticədə rəqib hesabı açdı. Düzdü, motivasiyama ciddi təsir etməyəcək. Amma o səhvi özümə bağışlaya bilmirəm. Unutmalı və bir daha təkrarlamamağa çalışmalıyam. Ümumi oyuna gəlincə, daha yaxşı oynayan tərəf biz idik”.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər