"Neymar"dan şok hərəkət: Qızların seksual videoları qarşılığında onları...

"Neymar"dan şok hərəkət: Qızların seksual videoları qarşılığında onları...

Braziliya polisi özünü “Barselona”nın hücumçusu Neymar kimi qələmə verərək qızları şantaj edən şəxsi həbs edib. Bu haqda “Mirror” nəşri yazıb.

 

Məlumata görə, 30 yaşlı Karlos Antonio Rodriges qızların seksual foto və videolarına əvəz olaraq onlara telekanallarda çəkilişlər, populyar jurnallarda fotosessiyalar, həmçinin şou-biznesin dünyasında məşhur insanlarla tanışlıqları söz verib.

 

Qurbanlardan biri hüquq-mühafizə orqanlarına şikayət edib. Polis cinayətkarı izləyib. O, Minas-Jerays ştatında internet kafedə qurbanları ilə ünsiyyət saxlayırdı. Polis Rodrigesdən başqa kafenin sahibini saxlayıb. Sonradan kafenin sahibinin qeyri-qanuni əməllərdə iştirak etmədiyini müəyyən edən polis onu azad edib.(Publika.az)

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər